Avq
2020
06:59
63
28
3745
Virtual karabakh

“Yuventus”un danışıqlar apardığı baş məşqçilərin adı məlum oldu

6 Avq, 2020
06:59
3745

“Yuventus”un danışıqlar apardığı baş məşqçilərin adı məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Yuventus” futbol klubu yeni baş məşqçi axtarışlarına start verib.

“Championat” xəbər verir ki, Turin klubu Çempionlar Liqasında uğursuz çıxış edəcəyi təqdirdə Maurisio Sarri ilə yollarını ayıracaq.

Yayılan məlumata görə, klub rəhbərliyi artıq bir neçə məşqçi ilə əlaqə saxlayıb və onların komandaya gəlmə ehtimallarını müzakirə edib.

“Yuventus” rəhbərliyinin əsas hədəfi Madrid “Real”ın baş məşqçisi Zinədin Zidan olsa da, fransalı məşqçi “Real”ı tərk etməkdən imtina edib.

Klub rəsmiləri hazırda Maurisio Poçettino, Simone İnzagi və Lusiano Spaletti ilə danışıqlar aparır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri