13 
Avq
2020
04:30
21
77
3461
Virtual karabakh

UEFA iki futbolçusu koronavirusa yoluxmuş kluba texniki məğlubiyyət verdi

13 Avq, 2020
04:30
3461

UEFA iki futbolçusu koronavirusa yoluxmuş kluba texniki məğlubiyyət verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində təxirə salınmış “Drita” (Kosovo) – “Linfild” (Şimali İrlandiya) oyunu ilə bağlı yekun qərarı açıqlayıb.

Oxu.Az xəbər verir ki, qitənin ali futbol qurumu Kosovo təmsilçisinə texniki məğlubiyyət verib.

Bu nəticədən sonra I təsnifat mərhələsinə adlayan Şimali İrlandiya klubu Polşanın “Leqiya” (Varşava) komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, avqustun 11-də keçirilməli olan “Drita” – “Linfild” oyunundan əvvəl kosovoluların heyətində iki futbolçu koronavirusa yoluxduğundan qarşılaşma təxirə salınmış, komanda isə karantinə alınmışdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri