14 
Avq
2020
22:55
90
52
3385
Virtual karabakh

“Neftçi” “yoxlama”dan üzüağ çıxdı

14 Avq, 2020
22:55
3385

“Neftçi” “yoxlama”dan üzüağ çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” növbəti yoxlama oyununu keçirib.

Oxu.Az xəbər verir ki, komanda “Qəbələ” ilə qarşılaşıb.

“Bakcell Arena”da baş tutan görüşdə bakılılar qələbə qazanıb – 2:1.

“Ağ-qaralar”ın qollarını Mamadu Kane və Yusuf Laval vurub. Emin Mahmudov penaltidən istifadə edə bilməyib.

Rəqib futbolçu Nikolas Raysel isə məhz 11 metrlik cərimə zərbəsindən sonra fərqlənib.

Qeyd edək ki, “Neftçi” yeni mövsümdə ilk rəsmi oyununu avqustun 21-də keçirəcək. Komanda Premyer Liqanın 1-ci turu çərçivəsində “Səbail”i qəbul edəcək. Saat 20:30-da start götürəcək görüş “Bakcell Arena”da baş tutacaq.

Ayın 27-də isə “ağ-qaralar” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq. Oyun “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri