11 
Sen
2020
17:56
13
122
1560
Virtual karabakh

PFL prezidenti seçkilərinin vaxtı rəsmi açıqlandı

11 Sen, 2020
17:56
1560

PFL prezidenti seçkilərinin vaxtı rəsmi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşib.

PFL-in saytı xəbər verir ki, seçki 14 sentyabr saat 12:00-da AFFA-nın inzibati binasında baş tutacaq.

Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq dörd il müddətinə seçilən PFL prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb. PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülməyib və buna görə də qurumun hazırkı prezidenti Ramin Musayev vahid namizəddir.

Qeyd edək ki, Ramin Musayev daha əvvəl bu seçkinin 10 və ya 12 sentyabrda ola biləcəyini vurğulamışdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri