14 
Sen
2020
18:43
245
54
6699
Virtual karabakh

Araz Abdullayev Türkiyə klubuna keçir

14 Sen, 2020
18:43
6699

Araz Abdullayev Türkiyə klubuna keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin futbolçusu Araz Abdullayev karyerasını Türkiyənin I divizion klubu olan “Boluspor”da davam etdirəcək.

Bu barədə məlumatı özəl olaraq Türkiyənin ajansspor.com saytı yayıb.

Məlumatda 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 şərti ilə müqavilə bağlandığı bildirilib.

Qeyd edək ki, vaxtı ilə İngiltərənin “Everton” klubu ilə müqavilə bağlamış Araz Abdullayev Yunanıstanın “Panionios” və Kiprin “Anortosis” komandalarında legioner həyatı yaşayıb. “Boluspor”da daha əvvəl azərbaycanlı futbolçulardan hazırda klubsuz qalan İlqar Qurbanovla (2008/09, icarə) Vaqif Cavadov (2015) da oynayıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri