15 
Sen
2020
17:54
92
61
4076
Virtual karabakh

Neymar Qonsalesi niyə vurduğunu açıqladı

15 Sen, 2020
17:54
4076

Neymar Qonsalesi niyə vurduğunu açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PSJ-nin hücumçusu Neymar Fransa çempionatının üçüncü turu çərçivəsində keçirilən qarşılaşmada “Marsel”in müdafiəçisi Alvaro Qonsalesə zərbə endirməsinin səbəblərini açıqlayıb.

Bu barədə Gazeta.ru məlumat yayıb.

“Mən qarayam, qaranın oğluyam, nəvəsi və nəticəsiyəm. Mən bununla fəxr edirəm və digərlərindən fərqləndiyimi düşünmürəm. Qarşılaşmanın nizam-intizamına cavab verən şəxslərin qərəzsiz mövqe tutmasını istərdim”, - deyə Neymar “Instagram” hesabında yazıb.

Neymar öz cəzasını qəbul etdiyini, lakin “Marsel”in müdafiəçisinə qarşı cəza tələb etdiyini də bildirib.

“Rasizm mövcuddur. Biz onu dayandırmalıyıq. Bəsdir! Bu oğlan axmaq kimi davrandı. Mən də ona cavab verməklə axmaqlıq etdim. Buna baxmayaraq mən hələ də başı dik gəzirəm”, - deyə Neymar qeyd edib.

Neymar həmçinin Qonsalesə müraciət də edib:

“Biz yenidən mənə uyğun şəkildə, futbol şəraitində qarşılaşacağıq. Nə dediyini bilirsən. Mən də nə etdiyimi bilirəm”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri