17 
Sen
2020
12:52
133
41
1782
Virtual karabakh

İsveçli qapıçı “Qarabağ” üzərində qələbəni ölmüş atasına həsr etdi

17 Sen, 2020
12:52
1782

İsveçli qapıçı “Qarabağ” üzərində qələbəni ölmüş atasına həsr etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveçin “Molde” klubunun qapıçısı Andreas Linde “Qarabağ”la oyunda penaltilər seriyasından danışıb.

27 yaşlı isveçli futbolçu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin Larnaka şəhərində “Qarabağ” üzərində qələbənin memarı olub. Qolsuz başa çatan matçda onun penaltilər seriyasında Bədəvi Hüseynovun zərbəsini dəf etməsi sayəsində “Molde” nüfuzlu turnirdə yoluna davam edib. O, Norveç mətbuatına açıqlamasında bu haqda danışıb:

“Qarışıq duyğular keçirirəm. Yolumuza davam etmək istəyirdik. İsti hava şəraitində görüşün əlavələrə uzanması işimizi çətinləşdirdi. Buna görə bütün komanda yoldaşlarım tərifəlayiqdirlər.

Rəqibin altıncı penaltisi zamanı bir az arxayın idim. Çünki zərbələrin sayını itirmişdim və onun həlledici olub-olmadığını bilmirdim. Yalnız zərbəni dəf etdikdən sonra komanda yoldaşlarım mənə tərəf qaçdıqları zaman qələbə qazandığımızı başa düşdüm. İnanılmaz sevinc və rahatlıq hissi keçirdim. Həmin penalti karyeramın ən vacib qurtarışı idi”.

Andreas Linde bu qələbəni 14 yaşı olarkən vəfat edən atasına həsr edib:

“Bilirəm ki, atam hər gün, eyni zamanda meydanda olduğum zaman məni izləyir. “Qarabağ”la matçda da onun arxamda olduğunu hiss etdim. Bu, mənim üçün çox şey deməkdir və belə vəziyyətlərdə əlavə dəstəyim olur”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri