18 
Sen
2020
18:01
323
31
4169
Virtual karabakh

“Neftçi”yə iki qol vurub, Allaha təşəkkür etdi - FOTO

18 Sen, 2020
18:01
4169

“Neftçi”yə iki qol vurub, Allaha təşəkkür etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qalatasaray”ın futbolçusu Mbay Dian UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə oyun haqda danışıb.

Bakı Olimpiya Stadionundakı 3:1 hesabıyla qalib gəldikləri matçda dubla imza atan (19 və 63-cü dəqiqələrdə) seneqallı hücumçu çox xoşbəxt olduğunu söyləyib: 

“Uzun müddətdən sonra öz oyunumu tapdığım üçün çox şadam. Əzmkar işin qarşılığını gec-tez alırsan. Artıq qarşıdakı matçı düşünürük. Allahım, sənə ismarıcların üçün təşəkkür edirəm”.

Qeyd edək ki, “Qalatasaray” III təsnifat mərhələsində Xorvatiyanın “Xayduk” klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 24-də olacaq. Bunadək isə “Qalatasaray” sentyabrın 20-də Super Liqanın II turunda son çempion “Başakşəhir”in qonağı olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri