20 
Sen
2020
22:13
172
33
3466
Virtual karabakh

“Sabah” “Zirə”yə, “Neftçi” “Qarabağ”a səfərdə qalib gəldi - VİDEO

20 Sen, 2020
22:13
3466

“Sabah” “Zirə”yə, “Neftçi” “Qarabağ”a səfərdə qalib gəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Zirə Olimpiya İdman Kompleksində eyniadlı komanda “Sabah”ı qəbuledib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi oyunu Suraxanıda təşkil olunub.

Avrokuboklardan məğlubiyyətlə dönən iki komandanın - “Qarabağ”la “Neftçi”nin duelində ikincilər qalib gəlib – 2:1. Bununla da “Qarabağ” liderlikdən salınıb. Hazırda turnir cədvəlinə altı xalla “Sabah” klubu başçılıq edir.

Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib. “Qəbələ” – “Keşlə” matçında qolsuz bərabərlik qeydə alınıb, “Sumqayıt” isə öz meydanında “Səbail”i 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası

III tur

20 sentyabr (bazar)

“Zirə” – “Sabah” - 0:2

Qollar: Xulio Sezar Rodriges, 51, Kevin Kubemba, 90+2

 

“Qarabağ” – “Neftçi” - 1:2

Qollar: Kvabena Ovusu, 10 - Voyislav Stankoviç, 12, Namiq Ələsgərov, 68

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri