21 
Sen
2020
17:30
149
35
4956
Virtual karabakh

Messidən Vidalın “İnter”ə keçidi ilə bağlı təsirli paylaşım

21 Sen, 2020
17:30
4956

Messidən Vidalın “İnter”ə keçidi ilə bağlı təsirli paylaşım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın hücumçusu Lionel Messi “İnter”ə transfer olunan yarımmüdafiəçi Arturo Vidala müraciət edib.

Argentinalı futbolçu onunla birlikdə eyni komandada oynamağın xoşbəxtlik olduğunu qeyd edib.

“İki il ərzində çox şeylər yaşadıq, sən isə özünə diqqət yetirməyə məcbur etdin. Soyunub-geyinmə otağı sənin üçün darıxacaq, Arturo!”, - deyə Messi bildirib.

L.Messi həmçinin A.Vidala yeni klubunda hər şeyin ən yaxşısını arzu edib.

“Şübhə etmirəm ki, bizim yollarımız yenidən kəsişəcək”, - deyə L.Messi əlavə edib.

Xatırladaq ki, A.Vidal “Barselona”ya 2018-ci ildə keçib. Futbolçu meydanda olduğu 96 qarşılaşmada 11 qol vurub.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri