22 
Sen
2020
09:42
42
18
2951
Virtual karabakh

17 yaşlı estoniyalı istedad “İnter”lə müqavilə imzaladı - FOTO

22 Sen, 2020
09:42
2951

17 yaşlı estoniyalı istedad “İnter”lə müqavilə imzaladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 yaşlı istedadlı estoniyalı futbolçu Oliver Yurqens İtaliyanın “İnter” klubu ilə peşəkar müqavilə imzalayıb.

Müqavilənin müddəti 3 ildir.

“İnter”lə peşəkar müqaviləyə imza atdığıma görə xoşbəxtəm. İrəliyə doğru daha bir addım atdım. İndi bütün diqqətlər yaxınlaşmaqda olan yeni mövsümə yönəlib”, - deyə O. Yurqens öz “Instagram” səhifəsində yazıb.

Qeyd edək ki, 17 yaşlı estoniyalı futbolçu ötən ilin avqust ayında “Verona”nın gənclər akademiyasına daxil olub.

Futbolçunun oyunu italiyalı skautların diqqətindən yayınmayıb və artıq qışda “Roma”da (U-17) icarə əsasında oynamağa başlayıb.

O. Yurqens ötən mövsüm çıxdığı 19 oyunda 12 qol vursa da, “Roma” klubunun əsas komandasından təklif almayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri