22 
Sen
2020
17:53
118
58
2665
Virtual karabakh

Beylin agenti: “Real”ın azarkeşləri özlərini rüsvayçı apardılar, klub isə kömək etmədi”

22 Sen, 2020
17:53
2665

Beylin agenti: “Real”ın azarkeşləri özlərini rüsvayçı apardılar, klub isə kömək etmədi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tottenhem”in hücumçusu Qaret Beylin agenti Conatan Barnett futbolçunun Madrid “Real”ına qayıtması ehtimalına münasibət bildirib.

Bu barədə BBC məlumat yayıb.

“Ümid edirəm ki, Qaretin “Real”a qayıtması məsələsi açılmayacaq. O, “Tottenhem”də uğura nail olacaq və orada qalmaq istəyəcək, yerdə qalan formallıqları yoluna qoymaq isə çətin deyil. Ümidvaram ki, o öz futbol sevgisini qaytaracaq və bacardığı kimi oynayacaq. Hər şey ondan asılıdır. Beyl yoxlanışa gəlməyib.

Beyl sərhəddən kənarda istənilən britaniyalı futbolçudan daha çoxuna nail olub, odur ki, onunla bağlı hər şey yaxşı olacaq. Qaretin bu nəhəng kluba verdiklərini nəzərə alsaq, “Real”da ona qarşı düzgün davranılmadı. Yeddi il və bütün nailiyyətlərdən sonra ona daha yaxşı davranılmalı idi, ancaq heç kimi günahlandırmaq istəmirəm. Düşünürəm ki, azarkeşlər özlərini rüsvayçı şəkildə apardılar, klub isə heç cür Qaretə yardım etmədi”, - deyə Barnet bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri