24 
Sen
2020
10:10
51
18
1514
Virtual karabakh

“Maxi.az” gələcək futbol çempionlarına dəstək olur

“Maxi.az” mağazalar şəbəkəsi ilə “Sabah” FK arasında əməkdaşlıq və sponsorluq müqaviləsinin müddəti artırılıb. Yeni müqavilənin müddəti 2020-2021-ci illər mövsümünün sonuna kimidir.  

“Sabah” Futbol Akademiyasını əhatə edəcək əməkdaşlıq çərçivəsində “Maxi.az” ilə klub arasında uşaq futbolunun inkişafı, ölkədə futbolun kütləviləşməsi və bu oyuna marağın yaradılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. 

Xatırladaq ki, “Maxi.az” mağazalar şəbəkəsi və “Sabah” FK ötən ilin noyabr ayından əməkdaşlıq edir.

Əməkdaşlıq çərçivəsində klubun futbol akademiyasını əhatə edən bir çox tədbirlər və layihələr həyata keçirilib. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri