24 
Sen
2020
11:38
68
41
3414
Virtual karabakh

AMADA-dan xəbərdarlıq: Steroidlərdən istifadə qadınlarda tüklənməyə, kişilərdə sonsuzluğa səbəb olur

24 Sen, 2020
11:38
3414

AMADA-dan xəbərdarlıq: Steroidlərdən istifadə qadınlarda tüklənməyə, kişilərdə sonsuzluğa səbəb olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Steroidlərdən istifadənin insanlara fəsadları açıqlanıb.

Oxu.Az-ın mətbuat konfransında iştirak edən əməkdaşının verdiyi xəbərə görə, bu barədə Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli steroidlərdən istifadənin yayılması və onun fəsadları barədə mətbuat konfransı zamanı danışıb:

“Hazırda dünyada onun qanunsuz dövriyyəsi və satışı genişlənməkdədir. Steroidlərin geniş yayılmasının əsas səbəbi istifadəçilərin qısa müddətdə istədikləri bədən quruluşuna sahib olmaq arzusudur.

Amma onların əksəriyyəti bu maddələrin fəsadları barədə məlumatsızdır. Steroidlərdən mütəmadi istifadə ürək tutulması, infarkt, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması və digər bərpaolunmaz fəsadlar törədir.

Bu maddələr orqanizmin təbii immunitetini zəiflətməklə xərçəng və digər ağır xəstəliklərə tutulma riskini artırır.

Ötən həftə DTX-nin keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə bununla məşğul olan dəstənin tutulması və külli miqdarda güclü təsiredici maddələrin dövriyyədən çıxarılması da problemin aktuallığını göstərir”.

TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva isə həkim kimi öz fikirlərini bildirib:

“Steroidlərdən istifadə bağlılıq yaratdığı üçün bir sıra sosial-psixoloji fəsadlar da törədir. Steroidlərdən mütəmadi istifadə edənlərdə aqressiya, dərin depressiya halları müşahidə olunur.

Sonradan bu maddələrin istifadəsindən imtina edən şəxslərin müalicəsi isə narkotik aludəçlərinin müalicəsindən daha ağır və mürəkkəb bir prosedurdur. Onlardan istifadə kişilərdə sonsuzluq, impotensiya yaradır. Qadınlarda tüklənməyə səbəb olur”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri