24 
Sen
2020
13:18
63
29
2478
Virtual karabakh

“Barselona”nın heyətində 364 qol vuran möhtəşəm trio - MSN

24 Sen, 2020
13:18
2478

“Barselona”nın heyətində 364 qol vuran möhtəşəm trio - MSN

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lionel Messi-Luis Suares-Neymar üçlüyü “Barselona”da çıxış edərkən əhəmiyyətli statistikaya imza atıblar.

Bu barədə “Squawka Football” məlumat yayıb.

Hücum triosu bütün turnirlərdə ümumilikdə 364 qol vurmağa nail olub. Argentinalı hücumçu üç mövsüm ərzində (2014-2017) 153 qol vurub və 66 məhsuldar ötürmə edib. Onun ardınca Luis Suares gəlib: 121 qol və 59 məhsuldar ötürmə. Üçlüyün son sırasında 90 qol vurub, 48 məhsuldar ötürmə edən Neymar dayanır.

Xatırladaq ki, “Barselona” rəsmi şəkildə 33 yaşlı uruqvaylı hücumçu Luis Suaresin Madrid “Atletiko”suna keçdiyini açıqlayıb. Bununla da istənilən komanda üçün başağrısı olan və müdafiəçilərə çətin anlar yaşadan məşhur MSN üçlüsü tamamilə dağılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri