24 
Sen
2020
14:32
139
25
5867
Virtual karabakh

“Neftçi” avtomobil qəzasında ölmüş sabiq futbolçusunun xatirəsini yad etdi - VİDEO

24 Sen, 2020
14:32
5867

“Neftçi” avtomobil qəzasında ölmüş sabiq futbolçusunun xatirəsini yad etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Neftçi” avtomobil qəzasında ölmüş sabiq futbolçusu Jonas Enrike Pessallinin 30 yaşı münasibətilə təbrik edib. 

Klub öz sosial şəbəkə hesabında bu sözləri yazıb: 

“Neftçi”nin braziliyalı futbolçusunun əziz xatirəsi azarkeşlərin ürəyində daim yaşayacaq!”

Braziliyalı futbolçu 2016-cı ilin oktyabrın 14-də “Neftçi”yə sərbəst futbolçu kimi keçib. Həmin vaxt klub onunla yanaşı, Mahir Şükürov və serbiyalı qapıçı Boban Baykoviçin transferini də elan edib.

Sağ cinah yarımmüdafiəçisi olan Pessalli Azərbaycanda qışadək oynayıb. O, 10 oyuna dörd qol vurub. Pessalli daha çox “Zirə” ilə kubok matçında het-trik etməsi ilə yadda qalıb. O, 2016/17 mövsümündə “Neftçi”nin heyətində bir oyuna üç qol vurmuş (son iki qolu penaltidən vurub – S.M.) yeganə futbolçu olub.

Qeyd edək ki, italyan mənşəli Pessalli 2017-ci ilin iyun ayının 12-də idarə etdiyi “Audi A5 Sportback” maşını ilə avtomobil qəzasına uğrayaraq 26 yaşında həlak olub. Onun maşını kommunal dirəyə çırpılıb. Zərbə o qədər qüvvətli olub ki, dirək yerindən çıxıb və futbolçu yerindəcə canını tapşırıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri