15 
Sen
2014
09:07
237
10
9467
Virtual karabakh

Güləşçimiz ermənini 23 saniyəyə məğlub etdi - FOTO + VİDEO

15 Sen, 2014
09:07
9467

Güləşçimiz ermənini 23 saniyəyə məğlub etdi - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İdmançımız qələbəni əsgər addımları və əsgər salamı ilə qeyd edib.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya Çempionatı başa çatıb.

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, çempionatın son günündə 59, 71 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb.

Belə ki, 71 kq çəki dərəcəsində Rəsul Çunayev ilk görüşdə Yaponiya idmançısı Noritomo Eto üzərində inamlı qələbə qazanıb. Ardınca ABŞ təmsilçisi Castin Lesterlə gərgin keçən görüşü qalib kimi başa vurub. Türkiyə idmançısı Yunus Özellə görüşdən məğlub ayrılan R.Çunayev rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. 

Rumıniya güləşçisi İonel Puskasu üzərində qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə R.Çunayev erməni Varşam Boranyanla qarşılaşıb. Ermənilər çox həvəslənsələr də, R.Çunayev cəmi 23 saniyəyə 11 xal qazanaraq təmiz qələbə qazanıb. İdmançımız qələbəni əsgər addımları və əsgər salamı ilə qeyd edib.

R.Çunayev yarışdan sonra təəssüratlarını bölüşərkən bildirib ki, bir əsgər kimi erməni rəqibini məğlub etməlidir:

“Bu bizim ilk görüşümüz deyildi. Bundan əvvəl Tehranda keçirilən Dünya Kuboku yarışlarında qarşılaşmışdıq və mən 9:0 qalib gəlmişdim. Onda əsgər deyildim. İndi bir əsgər kimi erməni rəqibimi məğlub etməliydim. Bura çempionluq üçün gəlmişdim. Ancaq bəzi məqamlar buna mane oldu. Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsindən sonra məni hərbi xidmətə çağırdılar. Buna görə də Dünya Çempionatına bir həftə qalmış məşqlərə qoşula bildim. Burada ikinci görüşdən sonra tam bərpa ola bilmədim, türk idmançı ilə görüşə vaxtından əvvəl çağırdılar, ona görə də məğlub oldum. Avropa Çempionatında finalda, burda isə yarımfinalda uduzdum. Daha çox çalışmalıyam ki, gələn il dünya çempionu olum”.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri