Okt
2020
04:25
374
69
6882
Virtual karabakh

Lionel Messi: “Əgər mən səhv etmişəmsə, bu, yalnız “Barselona”nın xeyri üçündür”

1 Okt, 2020
04:25
6882

Lionel Messi: “Əgər mən səhv etmişəmsə, bu, yalnız “Barselona”nın xeyri üçündür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın 33 yaşlı argentinalı kapitanı Lionel Messi əvvəlcə klubun fanatlarına müraciət edərək, klubdan ayrılması ilə bağlı vəziyyəti şərh edib.

“Bu qədər fikir ayrılıqlarından sonra bütün bunlara son qoymaq istərdim. “Barselona”nın bütün azarkeşləri birləşməli və ən yaxşısının hələ gələcəkdə olacağına inanmalıdırlar. Mən səhvlərimə görə məsuliyyət daşıyıram, amma səhv etmişəmsə, bu, yalnız klubun daha yaxşı və güclü olması üçündür.

“Barselona”nı izləyən bütün azarkeşlərə və insanlara müraciət etmək istərdim. Əgər nə vaxtsa söylədiyim və ya etdiyim bir şey onlardan birini incidibsə, mənim bunu həmişə klubun xeyrini düşünərək etdiyimə şübhə etməsinlər”, - deyə Lionel Messi sport.es-ə açıqlama verib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri