10 
Okt
2020
06:40
157
53
3205
Virtual karabakh

Kuman “Barselona”da tətbiq etdiyi taktiki sxemdən danışdı

10 Okt, 2020
06:40
3205

Kuman “Barselona”da tətbiq etdiyi taktiki sxemdən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın baş məşqçisi Ronald Kuman hazırda rəhbərlik etdiyi klubun niyə məhz 4-2-3-1 taktiki sxeminə üstünlük verdiyini açıqlayıb.

R.Kumanın fikirlərini AS agentliyi dərc edib.

“Baş məşqçi mənəm və nəzərdə tutduğum sistemim var. Heyətimizdə vinger yoxdursa, niyə geniş cinahlarla oynayaq? Fikrimcə, 4-2-3-1 oyunçuların keyfiyyətlərini nəzərə alaraq, bu, komandamız üçün ideal formadır”, - deyə niderlandlı mütəxəssis qeyd edib.

“Komandada vəziyyət qaydasındadır, sahib olduğumuz heyətdən məmnunam. Biz onu yaxşılaşdırmağa çalışdıq, amma çox şey klubun maddi vəziyyətindən asılıdır. Bunu qəbul etməli və çox çalışmalıyıq”, - deyə R. Kuman fikrini tamamlayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri