10 
Okt
2020
11:09
199
62
2385
Virtual karabakh

“Mançestr Siti” Messinin transfer variantını nəzərdən keçirməyə hazırdır

10 Okt, 2020
11:09
2385

“Mançestr Siti” Messinin transfer variantını nəzərdən keçirməyə hazırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinalı hücumçu Lionel Messi “Barselona”dan ayrılmaq qərarına gəlsə, “Mançestr Siti” onun transfer variantını nəzərdən keçirməyə hazırdır.

 “The Athletic”in məlumatına görə, bu barədə “Mançestr Siti”nin Əməliyyatlar direktoru Omar Berrada xəbər yayıb.

O, İngiltərə klubunun argentinalı futbolçu ilə “Barselona” arasındakı münasibətlərə müdaxilə etməyəcəyini, ancaq keçid üçün danışıqlara hazır olduğunu qeyd edib.

“Messinin “Mançestr Siti”yə keçməsi real bir ehtimal olsaydı, bunu düşünərdik. Aydındır ki, Messi dünyanın ən yaxşı oyunçusudur, bu səbəbdən istənilən klub onu heyətində yer almasını istəyər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, forvard bu yay transfer pəncərəsində Kataloniya klubunu tərk edə bilərdi, amma rəhbərlik onu qalmağa razı salmağı bacarıb. Onun karyerasını davam etdirə biləcəyi klublar arasında “Mançestr Siti” ən böyük ehtimal olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri