19 
Okt
2020
11:26
77
269
3334
Virtual karabakh

Rusiyalı qolkiper oyun zamanı aldığı zərbədən huşunu itirdi - VİDEO

19 Okt, 2020
11:26
3334

Rusiyalı qolkiper oyun zamanı aldığı zərbədən huşunu itirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya millisinin məşqçisi Stanislav Çerçesovun oğlu oyun zamanı başından zədə alaraq huşunu itirib və xəstəxanaya aparılıb.

Bu barədə metaratings.ru xəbər yayıb.

Bildirilir ki, “Olimp-Dolqoprudnıy” klubunun qapıçısı kiçik Stanislav Çerçesov “Rodina”ya qarşı oyunun 21-ci dəqiqəsində digər oyunçu ilə toqquşub.

Məlumata görə, 26 yaşlı qolkiperə alt çənənin yerdəyişmiş sınığı və yüngül beyin sarsıntısı ilə baş zədəsi diaqnozu qoyulub. Onun həmçinin dişi qırılıb.

Gənc futbolçunun əməliyyat olunacağı deyilir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri