20 
Okt
2020
01:31
180
54
3081
Virtual karabakh

UEFA ÇL və AL-də iştiraka görə klublara veriləcək mükafatları azaldacaq

20 Okt, 2020
01:31
3081

UEFA ÇL və AL-də iştiraka görə klublara veriləcək mükafatları azaldacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA rəhbərliyi Çempionlar Liqası və Avropa Liqasında iştirak qarşılığında klublara verilən mükafatları azaldacaq.

Bu barədə “The Times” nəşri məlumat yayıb.

Qeyd edilib ki, sözügedən qərar qarşıdakı 5 mövsümdə tətbiq olunacaq. 

Qitənin ali futbol qurumu bunun səbəbini mövcud koronavirus pandemiyası ilə əlaqədar gəlirlərin azalması olaraq göstərib.

Belə ki, geridə qalan 2019/2020 mövsümündə teleyayım və sponsorluq müqavilələri hüququnun satışından 566 milyon ABŞ dollarınadək maddi itki olub. UEFA üstəlik təxirə düşmüş oyunlara görə yayımçı şirkətlərə və sponsorlara kompensasiya ödəməli olub.

Maddi itkilərin başqa bir səbəbi isə pley-off oyunlarının sayının azalmasıdır. Çempionlar Liqası və Avropa Liqasında 1/4 finaldan etibarən bütün qarşılaşmalar iki yox, bir oyunluq formatda keçib. Avropa Liqasında da 1/8 final cütlərindən ikisində bir qarşılaşma oynanılıb.

Qeyd edək ki, Çempionlar Liqasında 2020/2021 mövsümünün qrup mərhələsi oktyabrın 20-də, Avropa Liqasında isə oktyabrın 22-də başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri