24 
Okt
2020
22:36
231
91
3266
Virtual karabakh

Kuman “El-Klassiko”nu idarə edən hakimdən şikayət etdi

24 Okt, 2020
22:36
3266

Kuman “El-Klassiko”nu idarə edən hakimdən şikayət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona” nın baş məşqçisi Ronald Kuman, komandasının La Liqanın 7-ci turunda Madridin “Real” klubuna 1:3 hesabı ilə məğlub olmasını şərh edib.

“Marca” agentliyi xəbər verir ki, niderlandlı mütəxəssis qarşılaşmanı idarə edən hakimin qərarlarından şikayət edib.

“Hakimin bəzi qərarları mənim üçün aydın deyil. Penalti qərarı matçın son nəticəsinə böyük təsir göstərdi. Penaltiyə qədər yaxşı görünürdük”, deyə R. Kuman jurnalistlərə bildirib.

Fikrini davam edən R. Kuman mətbuat konfransında iştirak edənlərə xitabən deyib: “Sizin üçün bu penalti idi? Olsun, mənim üçünsə xeyr. İnanıram ki, bir gün mənə VAR-ın İspaniyada necə işlədiyini izah edə bilərlər”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri