15 
Noy
2020
18:01
321
48
2771
Virtual karabakh

KİV: “Mançester Siti” Messi və Ramos üçün təkliflər hazırlayır”

15 Noy, 2020
18:01
2771

KİV: “Mançester Siti” Messi və Ramos üçün təkliflər hazırlayır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Siti” İspaniya Premyer Liqasından iki futbolçunu heyətinə qatmağı planlaşdırır.

“ESPN Argentina” xəbər verir ki, “şəhərlilər” “Barselona”nın hücumçusu Lionel Messi və “Real”ın müdafiəçisi Serxio Ramos üçün təkliflər hazırlayırlar.

Hər iki futbolçunun müqavilələri gələn ilin yayında bitəcək və yanvarın 1-dən İngiltərə klubu onların sərbəst agent kimi keçidi barədə danışıqlar aparmaq fürsəti əldə edəcək.

Ramos millidə ən çox oyuna çıxmaqla Avropa rekordunu müəyyənləşdirib, dünya rekorduna cəmi yeddi oyun qalıb.

“Barsa” bu yay Messiyə kluba sadiqliyə görə 33 milyon avro mükafat ödəməlidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri