16 
Noy
2020
20:17
248
18
2095
Virtual karabakh

Güləşin ilk unikal turnirinin tarixi və proqramı bilindi

16 Noy, 2020
20:17
2095

Güləşin ilk unikal turnirinin tarixi və proqramı bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Serbiyanın paytaxtı Belqradda keçiriləcək Fərdi Dünya Kubokunun proqramı müəyyənləşib.

Yunan-Roma, qadın və sərbəst güləş üzrə təşkil olunacaq turnir dekabrın 12-dən 18-dək davam edəcək.

Proqrama əsasən ilk yarış günlərində güləşin klassik növündə çıxış edənlər xalça üzərinə çıxacaq. Daha sonra qadınlar mübarizəyə qoşulacaq. Fərdi Dünya Kubokunun son günlərində isə sərbəst güləşçilər qüvvələrini sınayacaqlar. 

Qeyd edək ki, mükafat fondu 300 min İsveçrə frankı olacaq turnir dünya çempionatını əvəzləyib. Belqradda 12-20 dekabrda keçirilməli olan dünya çempionatı koronavirus pandemiyası səbəbindən bəzi ölkələrin qatıla bilməməsi üzündən ləğv olunub.

İlk dəfə Dünya Kubokunda milli komandalar yox, fərdi güləşçilər yarışacaq. Hər kateqoriya üzrə 10 çəki dərəcəsində mübarizə gedəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri