18 
Noy
2020
16:26
14
354
1936
Virtual karabakh

Dünya çempionumuz Türkiyədə koronavirusa yoluxubmuş - FOTO

18 Noy, 2020
16:26
1936

Dünya çempionumuz Türkiyədə koronavirusa yoluxubmuş - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boks üzrə dünya çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Cavid Çələbiyev Türkiyədə təlim-məşq toplanışında olarkən koronavirusa yoluxub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, oktyabrın sonlarından Kastamonuda Türkiyə və Rumıniya komandaları ilə birgə keçirilən təlim-məşq toplanışında Caviddən başqa daha iki nəfərdə də testin nəticəsi pozitiv çıxıb.

Bunlardan biri massajçı Bəxtiyar Mustafayevdir.

Bəxtiyar Mustafayev saytımıza açıqlamasında bu məlumatı təsdiqlədi:

“Biz Kastamonu şəhərində Türkiyə millisi ilə birgə məşq keçirdik. Dörd gündən sonra onların komandasında 1-2 boksçunun yoluxduğu məlum oldu. Bundan sonra deyildi ki, məndə, Caviddə və digər massajçı Fuad Əliyevin testinin nəticəsi də pozitiv çıxıb.

Amma sən demə, mənim soyadım səhv düşübmüş. Mustafa Akarla Mustafayevi səhv salıblar. Bununla belə, mən də ayrıca otaqda qalırdım. 10 gündən sonra (noyabrın 6-da verilən həmin testin nəticəsini aşağıda paylaşmışıq – S.M.) test verdik, neqativ çıxdı. Hətta ürəyimə şübhə düşdüyü üçün gəlib Bakıda da test verdim, yenə nəticə neqativ oldu.

Cavid və Fuad da Bakıya gəlməzdən 48 saat öncə Türkiyədə test verdi, şükür Allaha, onlarda da hər şey qaydasındadır. Ona görə də biz komanda ilə birgə Bakıya qayıtdıq”.

Qeyd edək ki, hazırda futbol millimizin aparıcı üzvləri – kapitan Maksim Medvedev, Təmkin Xəlilzadə və Rahil Məmmədov da koronavirusa yoluxub. Maksim Medvedev dünən bu səbəbdən UEFA Millətlər Liqasının Lüksemburqla matçını buraxmalı olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri