19 
Noy
2020
13:06
625
7
5062
Virtual karabakh

UEFA Ermənistan yığmasını cərimələdi

19 Noy, 2020
13:06
5062

UEFA Ermənistan yığmasını cərimələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib.

Buna səbəb Ermənistan yığmasının UEFA-nın tətbiq etdiyi karantin qaydalarını pozmasıdır.

Ötən ay UEFA Millətlər Liqasının qrup mərhələsində Estoniyanın qonağı olan ermənilər (1:1) qarşılaşmadan əvvəl Tallində erməni kilsəsinə baş çəkiblər. Eyni zamanda yerli “Ararat” klubunun gənc oyunçuları və onların valideynləri ilə görüşüblər. Halbuki bir gün əvvəl Ermənistan yığmasının nümayəndələrindən birində koronavirusa yoluxma aşkarlanıb.

UEFA-nın “oyuna dön” protokolunun koronavirus qaydalarına görə isə komanda üzvləri xüsusi hallar xaricində oteli tərk etməməlidirlər. Buna məhəl qoymayan Ermənistan Futbol Federasiyası 10 min avro məbləğində cərimələnib və bu pulu 90 gün ərzində ödəməlidir.

Qeyd edək ki, Ermənistan millisi C Liqasında dünən Şimali Makedoniyaya qalib gəlməklə B Liqasına vəsiqə qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri