24 
Noy
2020
16:32
116
100
1897
Virtual karabakh

Pirlo Ronaldunu heç kimdən fərqləndirmədiyini açıqladı

24 Noy, 2020
16:32
1897

Pirlo Ronaldunu heç kimdən fərqləndirmədiyini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yuventus”un baş məşqçisi Andrea Pirlo çalışdırdığı komandanın ulduz futbolçusu Kriştianu Ronaldu ilə münasibətlərindən danışıb.

41 yaşlı futbol mütəxəssisinin fikirləri Goal.com saytında dərc olunub.

“Onunla bütün digər oyunçularla olduğu kimi davranıram. Təvazökar insanlarla yaxşı münasibət qurmaq asan olur. Mən özüm beləyəm. Futbolçu olduğum zaman etdiyim hər şeyi edirəm.

Kriştiano ilə münasibətim gənc futbolçularımız olan Canluka Frabotta ya da Manolo Portanova ilə olduğu kimidir. Mənə istər meydanda, istərsə də ondan kənarda həmişə müraciət etmək olar”, - deyə A.Pirlo qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri