27 
Noy
2020
12:06
186
6
1124
Virtual karabakh

İbrahimoviç İsveç millisinin baş məşqçisi ilə milli komandaya qayıdışını müzakirə edib

27 Noy, 2020
12:06
1124

İbrahimoviç İsveç millisinin baş məşqçisi ilə milli komandaya qayıdışını müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Milan” klubunun 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç İsveçin baş məşqçisi Yanne Anderssonla görüşərək milli komandadakı karyerasının bərpası barədə müzakirə aparıb.

Bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytı məlumat verib.

“Zlatan milli komandada oynamağa hazır olduğunu açıqladıqdan sonra, onunla ən qısa zamanda görüşərək müzakirə aparmaq vacib idi. Görüşü bu qədər tez təşkil etməyimizə sevindim. Görüş çox yaxşı və səmərəli keçdi. Dialoqu gələcəkdə də davam etdirməyə razıyıq”, - deyə Y.Andersson qeyd edib.

Xatırladaq ki, Z.İbrahimoviç İsveç millisinin heyətində sonuncu dəfə 22 iyun 2016-cı ildə Belçikaya qarşı oyunda forma geyinib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri