Dek
2020
15:01
376
72
1608
Virtual karabakh

Peledən Maradona barədə təsirli sözlər: “Bir gün cənnətdə eyni komandada oynayacağıq” - FOTO

Braziliyanın əfsanəvi futbolçusu Pele argentinalı ulduz Dieqo Maradonanın ölümü ilə bağlı təsirli post paylaşıb.

80 yaşlı keçmiş dünya çempionu Maradonaya sağlığında deyə bilmədiyi sözləri “Instagram” postu vasitəsilə çatdırıb:

“Bu gün sənin yoxluğundan yeddi gün keçib. Çox adam bizi ömrü boyu müqayisə etməyi sevərdi. Sən dünyanı ovsunlayan dahi idin. Topu ayağında saxlayan bir sehirbaz. Əsl əfsanə. Ancaq mənim üçün hər şeydən əvvəl sən həmişə böyük ürəyə sahib böyük bir dost qalacaqsan.

Bu gün bilirəm ki, bir-birimizi daha az müqayisə edib, bir-birimizə heyran olmağa başlasaydıq, dünya daha yaxşı olardı. Bir sözlə, demək istəyirəm ki, sən müqayisəolunmazsan”.

Sənin trayektoriyan düzgün qiymətləndirildi. Özünəməxsus tərzdə sən bizə daha çox sevməli olduğumuzu və “Səni sevirəm” deməyi öyrətdin. Sənin bizdən tez ayrılmağın mənə bunu sənə deməyə imkan vermədi. İndi isə deyəcəyəm: Səni sevirəm, Dieqo. ⠀

Böyük dostum, bütün səyahətimiz üçün çox sağ ol. Bir gün cənnətdə birlikdə eyni komandada oynayacağıq. İlk dəfə qol sevincimi qeyd etmədən meydançada yumruğumu havaya qaldıracağam. Bu, səni yenidən qucaqlaya bilməyim üçün olacaq”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Pelé (@pele)

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də Buenos Ayresdəki öz evində ürək tutmasından dünyasını dəyişib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri