30 
Dek
2020
12:15
90
11
830
Virtual karabakh

Mayda qalib elan edilmiş komandalara mükafatlar indi verildi - FOTO

30 Dek, 2020
12:15
830

Mayda qalib elan edilmiş komandalara mükafatlar indi verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın inzibati binasında U-15 Liqa, U-16 Liqa, “Bakcell U-17 Liqa”, Gənclər Liqası və qızlar arasında UNICEF U-16 Liqası və Yüksək Liqasının 2019/2020-ci il mövsümünün qaliblərinə kubok və medallar təqdim olunub.

Bu komandalara qızıl medallar və kubok verilib:

U-15 Liqa – “Qəbələ” İK

U-16 Liqa – “Sabah” FK

Bakcell U-17 Liqa – “Qəbələ” İK

Gənclər Liqası – “Qəbələ” İK

Qızlar Liqası

UNICEF U-16 Liqa – 8 nömrəli İOEUGİM (Bakı)

Yüksək Liqa – 8 nömrəli İOEUGİM (Bakı)

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin 22 may 2020-ci il tarixində qəbul edilmiş qərarına əsasən, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar, Nazirlər Kabineti yanında operativ qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən yuxarıda qeyd olunan liqalarda mövsüm başa çatdırılıb, liqalarda mövcud vəziyyətdə birinci pillədə olan aşağıdakı komandalar liqaların qalibləri elan olunub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri