Yan
2021
16:36
365
18
1778
Virtual karabakh

Bakıdakı Dünya Kuboku ləğv olundu

8 Yan, 2021
16:36
1778

Bakıdakı Dünya Kuboku ləğv olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralda Bakıda keçirilməli olan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ləğv olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ləğvə səbəb dünyada pandemiyanın davam etməsidir.

Bununla belə, 2021-ci ildə Bakıda keçiriləcək digər yarışlar öz qüvvəsində qalıb.

Belə ki, alətlərlə idman gimnastikası üzrə Dünya Kuboku (4-7 mart) Bakıda keçiriləcək. Eyni zamanda həmin vaxt Azərbaycan Gimnastika Federasiyasının ənənəvi keçirdiyi “AGF Junior Trophy” turniri də baş tutacaq. Bu yarışlar Olimpiadaya lisenziya qazandırmayacaq.

Daha bir Dünya Kuboku 7-9 mayda Milli Gimnastika Arenasında keçiriləcək. Bu, bədii gimnastika üzrə olacaq.

IX aerobika gimnastikası üzrə dünya yaş qrupu yarışları da Bakıda keçiriləcək. Bu, 21-23 mayda baş tutacaq. XVI aerobika gimnastikası üzrə dünya çempionatı da bu yarışdan sonra olacaq (27-29 may).

Həmçinin, batut gimnastikası üzrə dünya çempionatı (11-14 noyabr) və dünya yaş qrupu yarışları (19-22 noyabr) da Bakıda keçiriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri