11 
Yan
2021
10:50
117
39
1646
Virtual karabakh

Daha bir iranlı futbolçu Azərbaycan klubu ilə anlaşdı

11 Yan, 2021
10:50
1646

Daha bir iranlı futbolçu Azərbaycan klubu ilə anlaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sumqayıt” klubu iranlı futbolçu Höccət Haqverdi ilə razılığa gəlib.

Bu barədə İranın Təsnim Xəbər Agentliyi məlumat yayıb.

27 yaşlı mərkəz müdafiəçisinin adı İranın “Persepolis” komandası ilə hallansa da, o hazırda Azərbaycan Premyer Liqasında dördüncü pillədə olan “Sumqayıt”la anlaşıb. Onun İranın “Paykan” klubu ilə müqaviləsi başa çatdığından, Sumqayıt təmsilçisinə keçidi transfer haqqı ödənilmədən həyata keçəcək.

Qeyd edək ki, “Sumqayıt” daha əvvəllər də İran transfer bazarına üz tutub. Hazırda komandada İrandan Adəm Hemati və Azərbaycan millisində çıxış edən Əli Qurbani oynayır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri