11 
Yan
2021
18:09
43
303
3437
yuxarı
Üç azərbaycanlı idmançı cəzalandırıldı
11 Yan, 2021
18:09
3437
43
303
Üç azərbaycanlı idmançı cəzalandırıldı
Üç azərbaycanlı idmançı barədə sanksiya qərarı çıxarılıb.
AMADA-dan Oxu.Az-a verilən məlumata görə, ağırlıqqaldıran Firuzə İbrahimova dopinqdən istifadə etdiyi üçün iki illik cəzalandırılıb. Onun cəzası 2019-cu ilin sentyabrın 23-dən hesablanır. Bu ilin sentyabrın 23-də onun cəza müddəti başa çatacaq.
Karateçi Xudayar Kərimov da iki illik cəza alıb. Onun cəzasının hesablanma vaxtı 2020-ci ilin noyabrın 26-dır.
Boksçu Gülhüseyn Ağazadə isə dörd illik sanksiyaya məruz qalıb. Ağazadənin cəzası ötən ilin yanvarın 14-dən hesablanır və 2024-cü ildə başa çatacaq.
Səbuhi Musayev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək