18 
Yan
2021
16:42
218
25
7023
Virtual karabakh

Azərbaycanlı məşqçinin Rusiya klubunda alacağı maaş bilindi - FOTO

18 Yan, 2021
16:42
7023

Azərbaycanlı məşqçinin Rusiya klubunda alacağı maaş bilindi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Moskva MOİK-ində ayına 6 min dollar maaş alacaq.

Bu barədə sportinfo.az məlumat yayıb.

Qeyd edək ki, o, Rusiya Premyer Liqa təmsilçisinin əsas komandasına götürülüb. 48 yaşlı mütəxəssis Viktor Qonçarenkonun baş məşqçisi olduğu komanda ilə İspaniyaya – təlim-məşq toplanışına yollanıb.

Millimizin keçmiş qapıçısı bundan sonra iki yerdə işləyəcək. AFFA son anda buna razılaşıb. Federasiya rəhbərliyi əvvəlcə Kramarenkoya “ya ora, ya da bura” desə də, Canni De Byazinin məsləhəti ilə güzəştə gedib.

Razılaşmaya əsasən, o, yayadək həm milliyə, həm də Rusiya klubuna xidmət göstərəcək. Premyer Liqa təmsilçisi işindən razı qalarsa, onunla müqavilə müddətini daha bir il uzadacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri