20 
Yan
2021
12:53
140
17
2098
yuxarı
Azərbaycanda parlayan futbolçu Qazaxıstan klubundan ayrıldı - FOTO
Gürcüstan millisinin futbolçusu, “İnter” (indiki “Keşlə”) və “Qəbələ”nin sabiq oyunçusu Nika Kvekveskiri Qazaxıstanın “Tobol” klubundan ayrılıb.
Oxu.Az Kostanay klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin müqaviləsi başa çatıb və onunla yollar ayrılıb.
2017-ci ilin yayından oynadığı Qazaxıstanda üç mövsümə 84 matç keçirib. O, beş qol vurub və 12 məhsuldar ötürmə edib. Kvekveskiri “Tobol”la Qazaxıstan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb.
Qeyd edək ki, Nika Kvekveskiri “Tobol”a məhz Azərbaycandakı parlaq oyunundan sonra keçmişdi.
Səbuhi Musayev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
25 
Fev
2021
20:58
“Qarabağ”dan çətin qələbə, “Neftçi” üç xallıq üstünlüyü əldən verdi - VİDEO
101
27
1679
25 
Fev
2021
17:30
“Qarabağ”ın forma qalmaqalı davam edir: Qərardan tribunala şikayət olundu
67
30
2123
25 
Fev
2021
14:03
Rusiyalı idmançılar atletlərimizin yarışacağı Avropa çempionatına buraxılmayacaq
178
23
927