23 
Yan
2021
10:10
165
23
1836
Virtual karabakh

Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər

Karate üzrə yeniyetmələrdən ibarət seçmə komandaya əlavə məşqçi təyinatları olub. 

Oxu.Az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyası rəhbərliyi hazırlığı gücləndirmək məqsədilə aşağı yaşlı seçmə komandanın məşqçilər heyətinə yüksək titullu mütəxəssislər cəlb etməyi qərara alıb.

İdmançı karyerasını başa vuran milli komandanın keçmiş üzvləri Şahin Atamov 14-15 yaşlı yeniyetmələrə böyük məşqçi, Niyazi Əliyev isə məşqçi təyin edilib.

Yeniyetmə və gənclər üzrə millimizin baş məşqçisi Anar Allahverdiyevin 16-21 yaşadək gənclər üzrə seçmə komandalarda köməkçiləri isə böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyevdir.

Yeniyetmə və gənclər üzrə milli komandalarımızı bu ilin mayında Kiprdə, iyulda Xorvatiyada, sentyabrda Türkiyədə və dekabrda İtaliyada Karate1 Gənclər Liqası, avqustda isə Finlandiyada Avropa çempionatı gözləyir. Yeni məşqçi təyianatları həmçinin aşağı yaşlı idmançıların qarşıda Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıq xüsusiyyəti daşıyır.

Qeyd edək ki, Niyazi Əliyev və Şahin Atamovun 34 yaşı var. Niyazi Əliyev ikiqat Avropa çempionu və dünya ikincisidir. O, 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında bürünc medal qazandıqdan sonra karyerasını bitirib. Şahin Atamov isə dünya və Avropa çempionatının mükafatçısıdır. O, karyerasını yenicə bitirib və artıq gücünü peşəkar karate döyüşlərində sınayır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri