23 
Yan
2021
15:19
191
39
4553
Virtual karabakh

Makqreqor - Puarye görüşü nə vaxt başlayacaq? - VİDEO

23 Yan, 2021
15:19
4553

Makqreqor - Puarye görüşü nə vaxt başlayacaq? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün MMA üzrə UFC-257 turniri keçiriləcək.

Oxu.Az xəbər verir ki, yarış BƏƏ-nin paytaxtı Əbu-Dabidə yerləşən Yas adasında baş tutacaq.

Turnir çərçivəsində 11 döyüş keçiriləcək. Təbii ki, gecənin əsas döyüşü yüngül çəki kateqoriyasında irlandiyalı Konor Makqreqorla amerikalı Dastin Puarye arasında olacaq.

Tərəflər artıq 2014-cü ilin sentyabrın 27-də üz-üzə gəlib. Həmin görüşün birinci raundunda Makqreqor rəqibini nokauta salıb. Məhz bu görüş həmin döyüşün revanşı hesab olunur.

Qeyd edək ki, hər iki idmançının 32 yaşı var. Konor Makqreqor indiyədək 26 döyüş keçirib və bunlardan 22-də qalib gəlib. Fransız mənşəli Dastin Puarye isə 33 döyüşdən 26-da qələbə qazanıb.

Turnir ABŞ telekanallarının yayımı nəzərə alınaraq, gecə saatlarında baş tutacaq. Belə ki, yarışın Bakı vaxtı ilə saat 04:00-da keçirilməsi nəzərdə tutulub. Gecənin əsas döyüşü isə təxminən 07:40-da başlayacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri