24 
Yan
2021
09:48
515
52
11817
Virtual karabakh

Puarye Makqreqordan revanşı aldı – YENİLƏNİB+VİDEO

24 Yan, 2021
09:48
11817

Puarye Makqreqordan revanşı aldı – YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC-257 turniri çərçivəsində keçirilən yüngül çəki kateqoriyasında irlandiyalı Konor Makqreqorla amerikalı Dastin Puarye arasındakı döyüş ikincinin qələbəsi ilə yekunlaşıb.

Tərəflər ilk dəfə 2014-cü ilin sentyabrın 27-də üz-üzə gəlmişdilər. Həmin görüşün birinci raundunda Makqreqor rəqibini nokauta salmışdı.

Məhz bu görüş həmin döyüşün revanşı hesab olunurdu. Beləliklə, Puarye rəqibinə qalib gələrək revanşı almış oldu.

 

09:34

Bu gün MMA üzrə UFC-257 turniri keçirilir.

Oxu.Az xəbər verir ki, yarış BƏƏ-nin paytaxtı Əbu-Dabidə yerləşən Yas adasında baş tutur.

Turnir çərçivəsində 11 döyüş keçirilməsi nəzərdə tutulub. Təbii ki, gecənin əsas döyüşü yüngül çəki kateqoriyasında irlandiyalı Konor Makqreqorla amerikalı Dastin Puarye arasında olandır.

Tərəflər artıq 2014-cü ilin sentyabrın 27-də üz-üzə gəlib. Həmin görüşün birinci raundunda Makqreqor rəqibini nokauta salıb. Məhz bu görüş həmin döyüşün revanşı hesab olunur.

Qeyd edək ki, hər iki idmançının 32 yaşı var. Konor Makqreqor indiyədək 26 döyüş keçirib və bunlardan 22-də qalib gəlib. Fransız mənşəli Dastin Puarye isə 33 döyüşdən 26-da qələbə qazanıb.

Hazırda döyüş davam edir.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri