25 
Yan
2021
12:02
76
7
1478
Virtual karabakh

Bu gün “Qarabağ” və “Neftçi”nin rəqibləri bilinəcək

25 Yan, 2021
12:02
1478

Bu gün “Qarabağ” və “Neftçi”nin rəqibləri bilinəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin son üç görüşü keçiriləcək.

Günün ilk matçı Tovuzda yerli komanda ilə “Qəbələ” arasında gerçəkləşəcək. Cütün qalibi 1/4 finalda “Qarabağ”ın rəqibi olacaq.

“Qaradağ Lökbatan”la “Zirə” arasındakı dueldə mərhələni keçən tərəf növbəti raundda “Neftçi” ilə üz-üzə gələcək.

1/8 final mərhələsinin son oyunu Masazırda olacaq. “Sabah” I divizion təmsilçisi “Kəpəz”i keçsə, “Keşlə” ilə oynayacaq.

Azərbaycan Kuboku, 1/8 final

25 yanvar

14:00 “Turan Tovuz” – “Qəbələ”
Hakimlər:
 Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu

16:00 “Qaradağ Lökbatan” – “Zirə”
Hakimlər:
 Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Bakı. “Dalğa Arena”

17:00 “Sabah” – “Kəpəz”
Hakimlər:
 Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Bakı. “Bank Respublika Arena”

Qeyd edək ki, 1/8 finalın ilk oyununda “Səbail” I divizion təmsilçisi “Zaqatala”nı dünən 3:2 hesabı ilə məğlub edərək, növbəti mərhələdə “Sumqayıt”a rəqib olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri