29 
Yan
2021
14:41
70
36
1453
Virtual karabakh

Dünyanın ən məşhur virtual yarışlarından biri yenidən Azərbaycanda

29 Yan, 2021
14:41
1453

Dünyanın ən məşhur virtual yarışlarından biri yenidən Azərbaycanda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gaming League Azerbaijan” (GLA) Azərbaycan Kiberidman Federasiyasıyla birlikdə Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, o cümlədən qanuni mərc oyunu “Topaz”ın dəstəyilə kompyuter oyunları üzrə XIV Milli “Counter-Strike: Global Offensive” Çempionatı keçiriləcək.

Dünyanın ən məşhur virtual döyüş növü olan “Counter-Strike: Global Offensive” (CS:GO) oyunu üzrə yarışda 24 komanda mübarizə aparacaq. Turnir fevralın 1-də start götürəcək və 15 gün davam edəcək.

Yarışı canlı izləmək üçün:

“Twitch”: glahub

“Instagram” ünvanı: Glahub

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin məşhurluğu bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 30-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf edilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri