Fev
2021
02:30
106
25
3010
Virtual karabakh

Ronaldo: “Libertadores və ÇL üçün iki barmağımdan keçərdim”

1 Fev, 2021
02:30
3010

Ronaldo: “Libertadores və ÇL üçün iki barmağımdan keçərdim”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Braziliya yığmasının əfsanəvi oyunçusu Ronaldo maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Keçmiş hücumçu “Globo Esporto” nəşrinə verdiyi müsahibədə bildirib ki, karyerası ərzində bir çox titullara sahib olsa da, Çempionlar Liqası və Libertadores Kubokunu qazana bilmədiyinə görə çox təəssüflənir.

“Mən iki barmağımdan keçərdim. Birini Libertadores Kuboku, o birini də Çempionlar Liqasında qələbəyə qurban verərdim. Heyf ki, “Kruzeyro” və ya “Korintians” ilə birincisini, “İnter” və ya “Real” ilə ikincisini qazana bilmədim”, - deyə “yekədiş” bildirib. 

Qeyd edək ki, Ronaldo 1997 və 2002-ci illərdə “Qızıl top”a layiq görülüb. 1994 və 2002-ci illərdə isə Braziliya yığması ilə dünya çempionu olub.

O, karyerası ərzində əzəli rəqiblər “Real” və “Barselona”, eləcə də “İnter” və “Milan”ın şərəfini qoruyan nadir futbolçulardan biri olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri