Fev
2021
16:27
155
28
5096
Virtual karabakh

Azərbaycanlı məşqçinin Misirdəki müqaviləsinin müddəti bilindi - YENİLƏNİB/FOTO

5 Fev, 2021
16:27
5096

Azərbaycanlı məşqçinin Misirdəki müqaviləsinin müddəti bilindi - YENİLƏNİB/FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bədii gimnastika üzrə azərbaycanlı məşqçi Jalə Qaratovanın Misirdəki müqaviləsinin müddəti bilinib.

Oxu.Az xəbər verir ki, onun müqaviləsinin müddəti 23 iyul - 8 avqust tarixlərində keçirilməsi nəzərdə tutulmuş Tokio Yay Olimpiya Oyunlarından sonra başa çatacaq.

Bu barədə Misir Gimnastika Federasiyasının prezidenti, doktor İhab Amin deyib. O həmçinin bildirib ki, rəhbərlik etdiyi federasiya son aylarda baş məşqçi axtarışı üçün Azərbaycanla bərabər, Bolqarıstan Gimnastika Federasiyası ilə də sıx əlaqədə olub.

16:00

Azərbaycanlı məşqçi Misir millisinə baş məşqçi təyin olunub.

Oxu.Az xəbər verir ki, bədii gimnastika üzrə yığma komandamızın məşqçisi Jalə Qaratova Misir Gimnastika Federasiyası ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, J.Qaratova Misirin bədii gimnastika üzrə qrup hərəkətləri komandasını Tokio-2020 Olimpiya Oyunlarına hazırlaşdıracaq.

Qeyd edək ki, J.Qaratova 2009-2013-cü illərdə bədii gimnastika üzrə yığma komandamızın üzvü olub. İdmançı karyerasını bitirdikdən sonra 2013-cü ildən etibarən gənclərdən ibarət qrup hərəkətləri komandaları ilə çalışıb. Onun yetirmələri Avropa çempionatının mükafatçıları olub və dünya çempionatının finalına vəsiqə qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri