Fev
2021
13:36
144
6
2501
Virtual karabakh

Güləş millilərimiz Belarus və Rusiyada

8 Fev, 2021
13:36
2501

Güləş millilərimiz Belarus və Rusiyada

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz bu gün növbəti təlim-məşq toplanışına start verib.

Hər iki yığmamız ölkə xaricində toplanış keçir. Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Belarusun paytaxtı Minskdə məşqlərə başlayıb. “Stayki” Olimpiya Mərkəzində keçirilən TMT-də bir neçə ölkənin komandası iştirak edir. Hazırlıq prosesi fevralın 25-dək davam edəcək.

Sərbəst güləş üzrə millimiz isə Dağıstana yollanıb. Mahaçqalada keçirilən toplanışa baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynov nəzarət edir. Bu komandanın da ölkə xaricində hazırlığı fevralın 25-dək davam edəcək.

Qeyd edək ki, təlim-məşq toplanışları martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri