19 
Fev
2021
10:15
148
5
1586
Virtual karabakh

Avropa çempionumuz “Böyük Dəbilqə”də mübarizəyə başlayır

19 Fev, 2021
10:15
1586

Avropa çempionumuz “Böyük Dəbilqə”də mübarizəyə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışında bu gün Azərbaycan yığması üç idmançı ilə mübarizə aparacaq.

Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində 26 yaşlı Telman Vəliyev Lukas Reyterlə qarşılaşacaq.

81 kq çəki dərəcəsində iki cüdoçumuz yarışacaq. Bunlar Avropa çempionumuz Hidayət Heydərov və əsas millimizin debütantı Zelim Tskayevdir.

Hidayət 1/8 finalda Marsel Kersya (Rumıniya) – Həsən Xalmurzayev (Rusiya) cütünün qalibi ilə qarşılaşacaq. Osetin legionerimiz Zelim isə 1/16 finalda Seqev Ben Haroşla (İsrail) mübarizə aparacaq.

Qeyd edək ki, qadınların yarışında Azərbaycanın üç idmançısı dünən mübarizə apararaq medalsız qalıb. Kişilərdə isə dünən favorit sayılmayan Davud Məmmədsoy (-60 kq) qızıl medal qazanıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri