19 
Fev
2021
20:30
119
83
2644
Virtual karabakh

“Qarabağ” ardıcıl ikinci oyunda da xal itirdi

19 Fev, 2021
20:30
2644

“Qarabağ” ardıcıl ikinci oyunda da xal itirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Premyer Liqasında XVI turun iki oyunu keçirilib. 

Günün ilk qarşılaşması Bayılda baş tutub.

“ASCO Arena”da turnir cədvəlinin son pillələrində qərarlaşan “Səbail” və “Sabah” komandaları üz-üzə gəlib.

Meydan sahibləri bu oyunda 2:0 hesablı qələbəyə seviniblər. Rəqib qapısından keçirilən hər iki qolun müəllifi Amil Yunanov olub. Bu qələbə ilə “Səbail” sonuncu pillədəki yerini tərk edib.

Ötən tur liderliyi əldən verən “Qarabağ” isə Sumqayıta səfər edib. Ağdam təmsilçisi şəhərin eyniadlı komandasının qonağı olub. Azarkeşsiz keçirilən görüş başladığı kimi səssiz başa çatıb - 0:0. Tərəflər hərəyə 1 xalla kifayətləniblər.

Ardıcıl ikinci oyunda qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri “Neftçi”yə çatsa da, şəxsi oyunlara görə ikinci sırada qalıb.

Azərbaycan Premyer Liqası
XVI tur
19 fevral (cümə)

“Səbail” – “Sabah” 2:0

Qollar: A.Yunanov, 16; 77.

“Sumqayıt” – “Qarabağ” 0:0

Qeyd edək ki, turun “Keşlə” – “Zirə” və “Neftçi” – “Qəbələ” görüşləri sabah keçiriləcək. 

Zaur Xudiyev

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri