23 
Fev
2021
13:03
106
43
4231
Virtual karabakh

“Qarabağ” forma qalmaqalına görə cəzalandırıldı

23 Fev, 2021
13:03
4231

“Qarabağ” forma qalmaqalına görə cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” klubu üç min manat cərimələnib.

Oxu.Az xəbər verir ki, bu barədə qərar AFFA-nın İntizam Komitəsi tərəfindən verilib.

Qurumun keçirdiyi iclasda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.

“Sumqayıt” – “Qarabağ” oyununda qonaqların serbiyalı futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün (futbolçunun soyadında sonuncu hərf Azərbaycan əlifbasında olduğu kimi yazılmayıb – S.M.) klub üç min manat cərimə olunub.

“Keşlə” – “Zirə” oyununda matçın 61-ci dəqiqəsində qonaq komandanın yunanıstanlı futbolçusu Dimitrios Xantakias “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün o, iki oyunluq cəzalandırılıb. Zirə qəsəbəsinin təmsilçisi isə buna görə 1600 manat cərimələnib.
 
“Neftçi” – “Qəbələ” oyununda bölgə klubunun baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün yalnız növbəti turun oyununda texniki zonada olmayacaq. Qəbələ klubu baş məşqçisinə görə 800 manat cərimə ödəyəcək.

Həmçinin “Qəbələ”nin dörd futbolçusu bu matçda sarı vərəqə ilə cəzalandırıldığı üçün klub daha 800 manat da cərimə olunub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri