27 
Fev
2021
10:12
250
8
2242
Virtual karabakh

Azərbaycan güləşçisi qızıl medal görüşünə çıxacaq

27 Fev, 2021
10:12
2242

Azərbaycan güləşçisi qızıl medal görüşünə çıxacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə bu gün Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda qızıl medal görüşünə çıxacaq.

65 kiloqramda mübarizə aparan idmançı həlledici qarşılaşmada qırğızıstanlı Ernazar Axmataliyevlə üz-üzə gələcək.

Eyni çəki dərəcəsində yarışan Turan Bayramov bürünc medal uğrunda, 74 kq-dakı Əşrəf Aşırov isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Aşırov əlcəzairli İshak Buxorsun müqavimətini qırmağa çalışacaq.

Qadınlardan isə Türkan Nəsirova (50 kq) və İrina Netreba (68 kq) bürünc medal qazanmaq üçün döşək üzərinə çıxacaq. Netrebanın rəqibi Latviya təmsilçisi Danute Domikaytite olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri