Mar
2021
09:28
302
13
2656
Virtual karabakh

Azərbaycanlı “Şah” dünya “onluğ”unda irəlilədi

1 Mar, 2021
09:28
2656

Azərbaycanlı “Şah” dünya “onluğ”unda irəlilədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Şahmat Federasiyası (FIDE) fevral ayının nəticələrinə əsasən yeni reytinq siyahısını açıqlayıb.

Oxu.Az xəbər verir ki, ilk “onluq”da Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov qərarlaşıb.

“Şah” ləqəbli Şəhriyar bir pillə irəliləyib. O, 2770 xalla 8-ci olub. 2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur isə 10-cu yerdə qalıb.

Qədir Hüseynov (2665) və Nicat Abbasov (2664) bir pillə geriləyiblər. Onlar müvafiq olaraq, 72 və 75-ci yerdədir. Rauf Məmmədov (2654) isə 3 pillə geriləyərək 90-cı olub.

Qadın şahmatçılardan Günay Məmmədzadə bir pillə geriləyib. O, 2443 xalla 29-cudur. Gülnar Məmmədova isə bir pillə irəliləyərək 2382 xalla 79-cu sıraya yüksəlib. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədəki yerini dəyişməyib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri