Mar
2021
18:00
328
21
3367
Virtual karabakh

Azərbaycanlı döyüşçü iddialı danışdı: “Rəqibimin birinci raundda nəfəsini kəsəcəyəm” - FOTO

1 Mar, 2021
18:00
3367

Azərbaycanlı döyüşçü iddialı danışdı: “Rəqibimin birinci raundda nəfəsini kəsəcəyəm” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı MMA döyüşçüsü Əli Quliyev “Brave CF 47” döyüş gecəsində hindistanlı Rana Rudra ilə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, keçirdiyi beş görüşdə məğlub olmayan Əli asiyalı rəqibi barədə danışıb. O, 11 döyüşdə məğlubedilməz olan rəqibini tanımadığını və bu turnirdə əsas hədəfinin İngiltərəni təmsil edən digər məğlubedilməz 20 yaşlı superulduz Məhəmməd Mokayevlə qarşılaşmaq olduğunu bildirib:

“Rəqibim Rana haqda çox məlumatım yoxdur. Fikrim onu yarışdan çıxartmaq və yaxşı döyüşməkdir. “Brave”də döyüşmək Azərbaycan üçün böyük imkandır. Burada çox döyüş keçirməyi planlaşdırıram.

Rəqibimin birinci raundda nəfəsini kəsib, təslim edəcəyəm. Arzum sonra Məhəmməd Mokayevlə döyüşmək olacaq. Mən ona bir neçə dəfə döyüş təklif etmişəm. O bunu qəbul etməyib. Ancaq indi mən də “Brave” döyüşçüsüyəm.

“Brave” azarkeşlərinə mesajım budur ki, onlar məni uzun müddət unutmayacaq. Onlar məni hələ döyüşçü kimi çox görəcəklər”.

Qeyd edək ki, əsasən Asiya MMA döyüşçüləri arasında keçirilən bu yarış martın 11-də Bəhreynin paytaxtı Manamada baş tutacaq. Bu yarışda Əli Quliyevin şəxsi məşqçisi Aqşin Babayev də döyüşəcək. Onun rəqibi əfqanıstanlı Əbdül Əzim Badaxşi olacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri